media-inbound4672551513604454012

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, R.Teymurov küçəsi 63, M.X.Şərifli küçəsi 98, 100 və Nəsimi küçəsi 42 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

media-inbound545294958586161379 media-inbound1895282835133084144 media-inbound547204018374867869 media-inbound9027973140392856373 media-inbound4587630739100512410 media-inbound7206249613133385557 media-inbound9161362833903686758 media-inbound6065322111336086752 media-inbound6124084537175501482 media-inbound3029062350261584902 media-inbound6207937286882817227


media-728x90banner

Bənzər xəbərlər