Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatı:

XALQ.AZ Analitik Ekspertiza Mərkəzinə istinadən məlumatı verir ki, Təhsil haqqında Azərbaycan Respublikasının qanununun (1.0.50 və 1.0.51-ci maddələrinə) müvafiq maddələrinə uyğun olaraq həkim – əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsidir, həkim-mütəxəssis isə müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Beləliklə, zəruri təhsilə malik olmadan tibbin müvafiq ixtisası üzrə, o cümlədən istər kosmetoloji, istərsə də digər tibb profilli işlər üzrə tibb fəaliyyətini həyata keçirən şəxslər, həmçinin də tibbi təhsili olmayan vətəndaşları tibb fəaliyyətinə cəlb edən sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmalıdırlar.

Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var.

Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected]  elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.


media-728x90banner

Bənzər xəbərlər