Kürdəmirdə boru kəməri partlayıb: Kənd əhalisi susuz qaldı
Kürdəmirdə magistral su boru kəməri partlayıb.
XALQ xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 30-cu km-də, rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb. Nəticədə 8000-dən çox abonent susuz qalıb. Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa edilib.










