Kürdəmirdə yaşayan 14 yaşlı qız hamilədir
Azərbaycanda 14 yaşlı qız hamilədir.
XALQ xəbər verir ki, hadisə Kürdəmir rayonunda baş verib.
Bu haqda məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Rövşanə ilə gündəm” verilişində deyib.
O bildirib ki, anası yüngül həyat tərzi keçirən 14 yaşlı qızın övladını dünyaya gətirməsinə sayılı günlər qalıb.
Kəmalə Ağazadə həmçinin qeyd edib ki, 14 yaşlı qız məktəbə getməyib və oxuma-yazmanı bacarmır.
Faktla bağlı araşdırma aparılır.