media-addd

Sabunçu rayonu Kürdəxanıda qanunsuz “makler evləri”nin tikintisinin geniş vüsət aldığı iddia olunur.

Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir və sonradan vətəndaşlara kredit yolu ilə satılır.

İddialara  görə, Sabunçu rayonu  ərazisində bu sahədə fəaliyyət göstərən geniş bir biznes şəbəkəsi formalaşıb.

Qeyd olunur ki, həmin şəbəkənin fəaliyyəti uzun müddətdir davam edir və qanunsuz tikintilərin qarşısını almaq mümkün deyil.   İddialarda qeyd olunur ki, bu prosesin həyata keçirilməsi icra hakimiyyətinin səlahiyyətli  şəxslərinin  nəzarəti altında baş verir. Belə ki, Sabunçu  rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev müavinləri  bu tikintilərə nəzarət etdiyi, onun tapşırığı ilə Kürdəxanı  icra nümayəndəsi  prosesə birbaşa nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Sabuncu  rayonu paytaxt Bakı ətrafında qanunsuz tikililərin daha çox yayıldığı ərazilərdən biri hesab olunur.

Xüsusilə “makler evləri” adı ilə tanınan fərdi yaşayış evlərinin tikintisi və satışı uzun illərdir müzakirə mövzusudur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Kürdəxanıda  tikilən evlərlə bağlı heç bir qeyd yoxdur.

Qeyd edək ki, ötən aylarda paytaxtda yağan intensiv yağışlar nəticəsində qanunsuz tikilən evlər, obyektlər bir sıra fəsadlar yartmışdı.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik:


media-728x90banner

Bənzər xəbərlər