Küveyt hava limanının vurulma anı – VİDEO
Küveyt beynəlxalq hava limanının sərnişin terminalına endirilən zərbənin görüntüləri yayılıb.
Küveyt Mülki Aviasiya Baş İdarəsinin yaydığı məlumata görə, hücum onlarla insanın həlak olmasına və yaralanmasına, həmçinin ciddi maddi ziyana səbəb olub.
Hadisə ilə bağlı rəsmi açıqlama verən Küveyt Səhiyyə Nazirliyi hücumun fəsadlarını diqqətə çatdırıb.
Nazirliyin iyunun 3-də yaydığı son məlumata görə, İran tərəfindən törədilən bu hücum nəticəsində 1 nəfər həyatını itirib, 63 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.










