Küveytin Baş Naziri İlham Əliyevi təbrik etdi
“Dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrini alqışlayırıq”
Küveyt Dövlətinin Baş Naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident.
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur,
Sizə uzun ömür, cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram. Bu fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrini alqışlayırıq.
Ən səmimi arzularla,Cabir əl-Mübarək əl-Həməd əl-Sabah, Küveyt Dövlətinin Baş Naziri”
Orxan










