Laçında yenidən həyat davam edir….
Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmasından 5 il ötür.
Laçın rayonu 2020-ci ilin 1 dekabr tarixində işğaldan azad olunub!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Laçın da var idi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri:
14.02.2021:
Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması, Su elektrik stansiyasının açılışı.
16.08.2021:
Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022:
Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
“Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.
21.09.2022:
Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;
Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.
Torpaqlarımızın azad edilməsi bizim sevincimizdir. Bu müqəddəs yolda xidmətləri olan dövlətimizin başçısına, döyüşçülərimizə minnətdarlığımız sonsuzdur.











