media-elcinn

Lerikin Xanəgah kənd məktəbinin direktoru Elçin Səmədov və qardaşı Lerik rayonu Nüvədi məktəbinin direktoru Zahid Səmədovla bağlı dəhşətli faktlar ictimayyiləşib.

media-911

media-elcinn

Lerikdə məktəb direktoru ilə bağlı qalmaqallı iddialar: evli olduğu halda ingilis dili müəlliməsi  olan  İnarə müəlliməni necə aldadıb?

XALQ  xəbər verir ki, Lerik rayonunda Xanəgah kənd məktəbi direktoru ilə bağlı cəmiyyətdə ciddi rezonans doğuran iddialar yayılıb. Məlumata görə, evli olan direktor ingilis dili müəlliməsinə eşq elan edib, daha sonra isə elçi göndərərək onunla dini nikah – kəbin bağlatdırıb. İddialarda bildirilir ki, direktorun atası müəllimənin ailəsinə gedərək “oğluma səni istəyirəm” deyib və müsbət cavab aldıqdan sonra kəbin kəsilib. Daha sonra isə direktorun bir müddət müəllimədən maddi vəsait aldığı, bundan sonra isə onu tərk etdiyi vurğulanır.Məsələ ilə bağlı ən diqqətçəkən məqam isə odur ki, bu hadisənin məktəb kollektivinə, kəndə və ətraf obalara əvvəlcədən məlum olduğu iddia edilir. Lakin heç bir müəllimin direktora açıq şəkildə “niyə qadınları aldadırsan?” sualını verməyə cəsarət etmədiyi bildirilir. Səbəb kimi isə direktorun qardaşının da qonşu kənddə məktəb direktoru olması və ailənin “arxalı-dayaqlı” sayılması göstərilir.Anonim mənbələrin yazdığına görə, xanım müəllimə dəfələrlə bu münasibətlə bağlı xəbərdar edilib, ona “aldanırsan, yazıqsan” deyilsə də, o, bunları “paxıllıq” kimi qiymətləndirib. Eyni zamanda iddialarda həmin direktorun bir neçə qeyri-rəsmi ailə münasibətinin olduğu da qeyd olunur.Hadisə ilə bağlı yayılan səs yazıları və müxtəlif izahatların mövcud olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri baş verənləri “təhsil ocağında biabırçılıq” adlandıraraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırırlar.Qeyd edək ki, bu qalmaqallı məlumatlar məşhur telejurnalist Amil Xəlil tərəfindən sosial  hesabında paylaşılıb.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə və rəsmi açıqlama verildiyi təqdirdə məlumatı oxuculara təqdim etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

Son məlumatlara görə Lerik rayonu Nüvədi məktəbinin direktoru Zahid Səmədov qardaşının bu əməllərinə görə ondan imtina edib.

media-99

Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 


media-728x90banner

Bənzər xəbərlər