Lerikdə vətəndaşların probləmləri həll olundu
Milli Məclisin deputatı İqbal Məmmədov Lerik rayonunda deputat qərargahında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevlə birgə seçicilərlə görüş keçirib.
Pandemiya qaydalarına uyğun fərdi qaydada seçicilərlə keçirilən görüşdə problemlər dinlənilib və müraciətlər qeydə alınıb.
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşaraq, onların qaldırdıqları bir sıra sosial, məişət, humanitar xarakterli məsələlər dinlənildi və müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanlanlandırıldı.
Həmçinin, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verdildi


















