Leriklilər Vasif Qafarovu dəstəkləyir …..-Fotolar
80 saylı Lerik-Astara Seçki Dairəsindən deputatlığa namizəd Vasif Qafarov seçicilərlə görüşlərə başlayıb.
Namizədin Seçki Qərargahından XALQ.AZ-a verilən məlumata görə, Vasif Qafarov Lerikin Cəngəmiran,Züvüç, Molalan, Şingədilan, Xanagah, Şivlə kəndlərində seçicilərlə görüşüb.
Seçicilərlə görüşlər davam etdirilir.
Qeyd edək ki, Vasif Qafarov 1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu ildə BDU-nun Tarix fakültəsinin əyani doktorantı olub, 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adını almışdır. AMEA-nın Tarix və etnologiya institutdan baş elmi işçi vəzifəsində çalışır. Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 11 kitabın və 80-dən çox elmi məqalənin müəllifidir. O, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dən çox beynəlxalq elmi konfransda iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.
O, tarix üzrə fəlsəfə doktoru, dosentdir.
































