Leyla Əliyevadan təbrik
Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev 80 faizdən çox səslə qalib olub.
XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atasını İnstaqram hesabında təbrik edib.
“Sevimli prezidentimizi və mənim ən layiqli və əziz atamı təbrik edirəm! Hamınıza təşəkkürümü bildirirəm, xoşbəxtlik, cansağlığı və xeyirli günlər arzulayıram!
![]()
Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!”, – deyə Prezidentin böyük qızı qeyd edib.










