“Ləzzət” doğranmış qənddən dəmir çıxdı
“Ləzzət” doğranmış qəndin içindən metal parçası çıxıb.
XALQ xəbər verir ki, bu barədə məlumatı Hacı Hüseynov adlı şəxs sosial şəbəkədə ictimailəşdirib. O qənd parçasının içində qalmış dəmirin fotosunu da paylaşıb:
“Qəndin içərisindən metal çıxıb. Metal maqnitə yapışır. Qənd alarkən bir daha fikirləşin, hansı firma olduğuna baxın”.
Qarşı tərəfi dinləməyə hazırıq.