media-021

Mayın 6-da Şabran rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, əvvəlcə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Konfransda Milli Məclisin deputatı Mahir Süleymanlı, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin əvvəlində Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra konfrans iştirakçıları Ümummilli Liderin zəngin və mənalı həyat yolundan, dövlətçilik irsindən söz açıblar.

Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.

media-025

media-024

media-00 media-021 media-023 media-024


media-728x90banner

Bənzər xəbərlər