Mahsun Kırmızıgül Bakıda dəbdəbəli toyda iştirak edib
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib.
XALQ xəbər verir ki, sənətçinin səfərinin məqsədi toy məclisi olub.
Manset.az-a xəbərinə görə, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.
M.Kırmızıgül “Aral Group”un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə gəlib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.
Qeyd edək ki, Ahmet Çetin “Aral Group”un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda, bir sıra böyük biznes obyektlərinin sahibidir.
Aparıcılığını Leyla Quliyevanın etdiyi məclisdə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Abbas Bağırov da yer alıb.










