Masallı xəstəxanasında ana doğuş zamanı vəf*t etdi
Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, sentyabrın 29-u saat 07 radələrində Yardımlının Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallıdakı xəstəxanaya çatdırılıb. Lakin bir qədər sonra qadın orada vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.