media-xest

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

XALQ xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib.

Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zamanı ölüb.

Bildirilir ki, N.Bağırzadə son 2 gündə özünü narahat hiss edirmiş. Xəstəxanada ilkin müayinə zamanı onun qarın boşluğuna xeyli qan toplandığı məlum olub və əməliyyat qərarı verilib.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”


media-728x90banner

Bənzər xəbərlər