Masazır sakinləri şikayət edir: İcra başçısı Abdin Fərzəliyev qanunsuz tikintini dayandırmır….
Abşeron rayonu qanunsuz inşaat işləri barəsində mütəmadi sosial platformalarda məlumatlar yayımlanır.
XALQ-a daxil olan məlumata görə Abşeron rayonu Mazasırda Niyazi küçəsinində qanunsuz qazıntı işləri başlanılıb. Belə ki, ərazidə yündürmərtəbəli bina tikintiləcəyi bildirilir.
Ətrafda yaşayan sakinləri bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə Abşeron rayonu İcra Hakimiyyətinə müraciət etsələr də, indiyədək nə aparılan tikintiyə, nə də vətəndaş müraciətlərinə münasibətdə hər hansı real araşdırma və ya müdaxilə müşahidə olunmayıb.
Ümumiyyətcə şəhərsalma qaydalarına riayət olunmayan tikililər bağlı hər hansı bir tədbirlərin görülməsi formal xarakter daşıyır bunu ekspertlərdə açıqlamalarında bildirirlər.
Məlumata görə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Masazırda hansı məmurun icazə verdiyi müəmmalıdır.
Məsələ ilə bağlı Abşeronda İcra Hakimiyyətindən və digər qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.
Qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:










