media-911

Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində  mənzil obyektə çevrilib.

Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş yaşayış kompleksində   6 mərtəbəli binanın 1 mərtəbəsi qanunsuz olaraq obyektə çevrilməsi üçün süni şəkildə yaşıla ağaclar betonlanıb, qapı açılıb, pilləkanlar tikilib.. Binanın 1 mərtəbəsinə mənzil  əlavə giriş üçün  qapı  düzəldilərək  pilləkənlar tikilərək qeyri-yaşayış obyektinə çevrilir. Bu hal ilk deyil, belə ki, birinci mərtəbələrdə, girişin küçəyə açıldığı mənzillər obyektə çevrilir, çünki bu daha asandır. Bu cür dəyişikliklər binanın ümumi strukturuna zərər verir.

Abşeron  rayon İcra Hakimiyyətindən bildirilib ki, bu tikinti ilə  bağlı məlumat Abşeron RİH-inə daxil olan kimi əraziyə baxış keçirilmiş və ətraflı araşdırılmışdır. Məlum olmuşdur ki, vətəndaş tərəfindən qanunvericiliyə uyğun olmayan, hər hansı bir icazəverici səndləri olmadan qeyri-qanuni tikinti aparılıb. Məsələ ilə bağlı RİH tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində rəsmi məlumatlar verilib.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən  bu məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Lakin Abşeron rayon İcra Hakimiyyətinin açıqlamasında qeyd etdiyi kimi icazəverici sənədləri olmadan qeyri-qanuni tikinti aparılıb və qarşısı alınmayıb.  Bu hal Abşeron rayonu ərazisində ilk deyil.

Araşdırmamzı davam edir.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik

Qeyd edək ki, 2022-ci ildən  Abşeron rayon icra Hakimiyyətinin başçısı  Abdin Fərzəliyevdir.

media-abdin

 

 


media-728x90banner

Bənzər xəbərlər