media-023

Sabunçu  rayonunda növbəti qanunsuz tikinti

XALQ daxil olan məlumata görə Sabunçu  rayonu  Maştağada qəsəbəsində icra nümayəndəliyinin yaxınlığında  qanunsuz tikinti işləri aparılır.  Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

media-024

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Sabunçu rayonu  icra hakimiyyətinin səlahiyyətli şəxsin  “razılığı “əsasında aparıldığı iddia olunur.

Qanunsuz tikinti ilə bağlı Sabunçu  rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümknü olmadı ..

Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik:

Qanunsuz tikinti ilə bağlı Maştağa icra nümyəndəliyi ilə əlaqə saxladıq. İcra nümayəndəsinin müavini  Ramin Ağazadə məlumatı araşdırıb bildirik ki, tikinti dayandırılıb.

Lakin qanunsuz tikinti ilə bağlı əməkdaşımızın müşahidəsinə görə  gizli şəkildə aparılır və yeni tikinti malları  gətirilib.

Həmin görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər