media-97

Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında aparılan tikinti işləri ciddi suallar doğurur. Ən maraqlısı isə budur ki, şəhərsalma ilə bağlı rəsmi məlumat bazalarında həmin obyektə dair heç bir məlumata rast gəlinmir. Bəs bu tikinti hansı əsasla aparılır? Kim icazə verib? Hansı qurum nəzarət edir?Əgər ortada rəsmi icazə yoxdursa, deməli burada ya qanun açıq şəkildə pozulur, ya da hansısa “toxunulmaz əl” prosesə himayədarlıq edir. Çünki adi vətəndaş həyətində bir daş qoyanda qarşısına çıxan qurumlar, görünür, iri tikinti məsələsində müəmmalı şəkildə susmağa üstünlük verir.Patriot.az xəbər verir ki,ən böyük sual isə Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanır: İcra hakimiyyəti hara baxır, icra nümayəndəliyinin yaxınlığında baş verən qanunsuzluq necə olur ki, diqqətdən kənarda qalır, yoxsa bəzi tikintilər üçün qanun işləmir,Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır, Fövqəladə Hallar Nazirliyi niyə hərəkətsizdir, Əmlak Məsələləri Dövlət Xidməti niyə susur? Əgər tikinti qanunidirsə, sənədlər niyə ictimaiyyətə təqdim olunmur? Yox əgər qanunsuzdursa, niyə dərhal dayandırılmır?
Bu gün Maştağada baş verənlər sabah başqa ərazilərdə daha təhlükəli nəticələrə səbəb ola bilər. Çünki qanunsuz tikinti sadəcə beton və daş deyil — bu, insanların təhlükəsizliyinə, şəhərsalma normalarına və dövlət qanunlarına açıq hörmətsizlikdir.Ən acınacaqlısı isə odur ki, bəzi hallarda qanunsuz tikintilər illərlə göz görə-görə davam edir, sonda isə “qanuniləşdirilir”. Belə olan halda vətəndaşda haqlı sual yaranır: qanun sadəcə kasıblar üçünmü işləyir?Redaksiyamıza daxil olan məlumata görə, tikinti işlərini Faiq adlı sahibkar həyata keçirir. İddialara əsasən, həmin şəxs əvvəllər də yaxın ərazidə “yaşayış evi” adı altında tikinti aparıb, lakin sonradan obyektə çevirərək icarəyə verib.Əvvəllər “yaşayış evi” adı ilə tikilən obyekt sonradan topdan və pərakəndə satış məntəqəsinə çevrilib. İndi isə həmin şəxsin yaxınlıqdakı kiçik evləri alaraq onları mərhələli şəkildə kommersiya obyektinə çevirdiyi iddia olunur.İndi isə eyni ssenarinin yenidən təkrarlanacağı bildirilir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Patriot.az

media-2 media-3 media-4 media-5


media-728x90banner

Bənzər xəbərlər