“Mayomed” klinikasında tibb təhsili olmayan Nihad Aslanov necə estetik cərrahi əməliyyat edir?
Mayomed” klinikasında fəaliyyət göstərən və sosial şəbəkələrdə “Dr.aslan.ov” adı ilə tanınan Aslanov Nihad Zahid oğlu barəsində ciddi ittihamlar irəli sürülüb. İddialara görə, Nihad Aslanovun tibbi təhsili olmamasına baxmayaraq, o, özünü estetik cərrah kimi təqdim edir və bu sahədə xidmət göstərir.

XALQ xəbər verir ki, məlumatı redaksiyamıza göndərən şəxs bildirir ki, Nihad Aslanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (keçmiş Neft Akademiyası) bitirib və heç bir tibbi ixtisasa malik deyil. Buna baxmayaraq, onun sosial media hesablarında və ictimai paylaşımlarda peşəkar estetik cərrah kimi təqdim olunması müşahidə olunur.İddialar bununla bitmir. Məlumata əsasən, Aslanov daha əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılıb və onun fəaliyyətinə qadağa qoyulub. Lakin buna baxmayaraq, o, hələ də müxtəlif klinikalarda, o cümlədən “Mayomed” klinikasında fəaliyyətini davam etdirir.

