“McDonalds”-da biabırçılıq
“McDonalds” restoranlar şəbəkəsinin birində müştəri şikayəti qeydə alınıb. Sosial şəbəkədə paylaşım edən vətəndaş sifariş etdiyi toyuq qanadlarının bişirilmə vəziyyətindən narazılıq edib.
“McDonalds-da bu nə biabırçılıqdır? Bunu yemək olar?”, – deyə o qeyd edib. Yayılan görüntülərdə məhsulun tam bişmədiyi, ətin iç hissəsinin çiy qaldığı əks olunub. Qeyd edək ki, “McDonalds” Azərbaycan şirkətinin baş direktoru Oskar Boqopolskiydir. /Bakupost/











