media-medd

Xəbər verdiyimiz kimi gənc qızın komaya düşməsi ilə nəticələnən burun əməliyyatına görə Səhiyyə Nazirliyinə “MedAura” klinikası ilə bağlı protokol göndərilib.

XALQ-a nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, protokol uğursuz rinoplastika əməliyyatı ilə əlaqədar tərtib edilib. Noyabrın 7, 12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib: “Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib”.

media-988

Qeyd edək ki, Bakıda “MedAura” klinikasında gənc qız, Şəmkir sakini Nigar İlham qızı Budaqlı burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib. N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib. Məlumata görə, ekspert rəyində həkimlərin təqsiri sübuta yetirilib.

media-900

Qeyd edək ki, “MEDAURA Klinikası”nın sahibi isə Nihat Zeynallıdır.

media-911


media-728x90banner

Bənzər xəbərlər