“Medi Hall” klinikasında estetik əməliyyat olunan qadın ö*dü
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
XALQ-ın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda bədən şəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, “Medi Hall ” klinaksı əvvəl “Reo Med Tibb Mərkəzi” MMC kimi fəaliyyət göstərib. Bir sıra şikayətlərə görə klinikanın adı dəyişdirilərək “Medi Hall” adı ilə fəaliyyət göstərib.
“Medi Hall” klinikasının baş həkimi Nigar Məhəmmədova olduğu bildirilir.
Qeyd edək ki, Nigar Məhəmmədova “Mərcan” klinikasında Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova əməliyyat etdikdən sonra ölmüşdür.
Nigar Məmmədovanın yenidən fəaliyyət göstərməsi müəmmalıdır.
Məlumat üçün bidlirir ki, “Medi Hall” klinikasın rəhbəri Rəsul Məmmədovdur.
****
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.












