Mehdiabadda  qanunsuz tikinti faktı aşkarlanıb. Rəsmilər məsələyə səssiz qalır.

 XALQ  xəbər verir ki, Mehdiabad qəsəbəsində növbəti qanunsuz tikinti işləri aşkarlanıb.

Məlumata görə, sözügedən ərazidə heç bir rəsmi icazə olmadan tikinti aparılır. Məsələ ilə bağlı   Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlansa da, qurumlardan heç bir cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, son illərdə ölkədə özbaşına tikintilərə qarşı inzibati tədbirlər gücləndirilib, cərimələr artırılıb. Buna baxmayaraq, xüsusilə  paytaxtda və ətraf ərazilərdə qanunsuz tikintilərin davam etməsi ciddi narahatlıq doğurur.

Səlahiyyətli şəxslərin məsələyə hansı səbəblə göz yumması məlum deyil.

Qurumların mövqeyini dərc etməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər