Məhəmədlidə qanunsuz tikilən evlər necə kreditlə satılır….Hansı məmur “makler”ləri himayə edir? -Videofakt
Maklerlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintilərini rahat şəkildə həyata keçirirlər
Son illər Abşeron rayonunda sənədiz evlərin tikintisi artıb. Məhəmədli qəsəbəsində tüğyan edən qanunsuz həyət evlərinin tikintisinə bir qrup makler rəhbərlik edir.
Ev satışı ilə məşğul olan maklerlər Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan qanunsuz olaraq evlərin tikintisini rahat şəkildə aparırlar.
XALQ -ın əldə etdiyi məlumata görə hazırda Məhəmədli qəsəbəsində sənədiz evlərin tikintisi həyata keçirilir.
Ərazidən tikilən evlər şirkət tərəfindən vətəndaşlara kredit yoli ilə satışını təklif edilir.
Hətta sosial platformada vətəndaşları sərfəli qiymətlərlə ev almalarına çağırış edirlər.
Elan edirlər ki guya evlərin sənədləri var lakin alıcı cəlb etdikdən sonra sənədli evin satıldığı bildirərək kreditlə sərfəli şərtlərlə, ilkin ödəniş az miqdarda olmaqla qısa müddətdə tikilən evlər satırlar.
Əldə etdiyimiz məlumatda bildirilir ki, Məhəmədlidə tikilən evlərin sadəcə torpaq sənədi mövcuddur. Məlumatda qeyd olunur ki, ərazidə tikilən evlərin 3-də sənəd varsa digərləri sənədsizdir. Yəni qanunun tələbinə uyğun olaraq inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur.
Ancaq Abşeron rayon İcra Hakimiyyəti səlahiyyətli şəxsləri ilə “anlaşan””maklerlər” Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini saya salmır.
XALQ -ın əldə etdiyi digər ilginc məlumatda isə bildirilir ki, ərazidə tikilən sənədsiz evlərə işıq, qaz və su sayğacları quraşdırılır. Belə ki, maklerlər, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin və “Azərqaz”-ın Abşeron rayonunda yerləşən idarələri ilə hansısa vasitələrlə “anlaşaraq” sayğac məsləsini həll edirlər.
Kürdəxanı qəsəbəsində baş verən qanunsuzluqları aidiyyatı qurumların görməməzliyi isə o anlama gəlir ki, Abdin Fərzəliyevin rəhbərlik etdiyi Abşeron rayonunda “razılaşma” ilə istənliən qanunsuz işləri görmək olar.
Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümknü olmadı.
Qurumların mövqeyini dərc etməyə hazırırq.
Araşdrımamız davam edir.
Həmin görüntüləri təqdim edirik: