media-zibil

Abşeron rayonunun Məhəmmədli qəsəbəsində sakinlər narahatlıq yaradan vəziyyətlə üzləşiblər.

XALQ  Bakues.az-a istinadən xəbər verir ki , sakinlər və övladını bağçaya aparan valideynlər uşaq bağçasının qarşısının zibilxanaya çevrilməsinə narazılıq ediblər.

Valideynlərin sözlərinə görə, zibilin bağçanın girişində toplanması həm uşaqların sağlamlığı üçün təhlükə yaradır, həm də pis qoxu səbəbilə həmin ərazidə hərəkəti çətinləşdirir.

Onlar qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilsə də, hələlik ciddi tədbir görülməyib.

Sakinlər zibillərin vaxtında daşınmasını və bağçanın ətrafının təmizlənməsini tələb edirlər.

Onların fikrincə, belə halların təkrarlanmaması üçün nəzarət gücləndirilməli və cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır.


media-728x90banner

Bənzər xəbərlər