Məhəmmədlidə maklerlər tərəfindən qanunsuz tikintilərə hansı şərtlərlə icazə verilib?
Son illər Abşeron rayonunda sənədiz evlərin tikintisi artıb. Məhəmədli qəsəbəsində tüğyan edən qanunsuz həyət evlərinin tikintisinə bir qrup makler rəhbərlik edir.
Ev satışı ilə məşğul olan maklerlər Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan qanunsuz olaraq evlərin tikintisini rahat şəkildə aparırlar.
XALQ -ın əldə etdiyi məlumata görə hazırda Məhəmədli qəsəbəsində sənədiz evlərin tikintisi həyata keçirilir.
Ərazidən tikilən evlər şirkət tərəfindən vətəndaşlara kredit yoli ilə satışını təklif edilir. Hətta sosial platformada vətəndaşları sərfəli qiymətlərlə ev almalarına çağırış edirlər.
Elan edirlər ki guya evlərin sənədləri var lakin alıcı cəlb etdikdən sonra sənədli evin satıldığı bildirərək kreditlə sərfəli şərtlərlə, ilkin ödəniş az miqdarda olmaqla qısa müddətdə tikilən evlər satırlar.
Ancaq Abşeron rayon İcra Hakimiyyəti səlahiyyətli şəxsləri ilə “anlaşan””maklerlər” Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini saya salmır.
Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir
Qurumların mövqeyini dərc etməyə hazırırq.
Həmin görüntüləri təqdim edirik:










