Mehriban Əliyeva Anna Akopyanla görüşdü-Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
XALQ xəbər verir ki, gəzintidə Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da iştirak edib.
Gəzintidən dərc edilən fotolarda Mehriban Əliyevanın A. Akopyanla da görüşdüyü müşahidə olunur.


