Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib.
XALQ xəbər verir ki, paylaşımda deyilir:
“Faşizm üzərində Qələbə Günü münasibətilə hər birinizi təbrik edir, sizə və doğmalarınıza cansağlığı və xoş günlər arzulayıram!”











