media-7

Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri, Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva mayın 3-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa kubokunu izləyiblər.

XALQ  xəbər verir ki, turnirin gedişatı zamanı fərdi və qrup hərəkətləri üzrə proqramlar təqdim olunub.

Qeyd edək ki, turnirdə Azərbaycan təmsilçiləri ilə yanaşı, ümumilikdə 30 ölkədən gimnastlar, həmçinin neytral idmançılar birincilik uğrunda mübarizə aparırlar.

 











media-728x90banner

Bənzər xəbərlər