Mehriban Əliyeva və qızı Arzu Əliyeva Hayha çayında gəmi gəzintisində-Fotolar
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
XALQ xəbər verir ki, gəmi gəzintisinə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.

























