media-mehrr
Heydər Əliyev Fondunun paytaxtda yeni tədris ilində istifadəyə verdiyi növbəti təhsil müəssisəsinin ünvanı Xəzər rayonu 324 saylı tam orta məktəbdir.
XALQ xəbər verir ki, 2007-ci ildə inşa olunan məktəbin binası da ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Şagird sıxlığı yaşandığından məktəb 3 növbəli fəaliyyət göstərib, məktəbdə emalatxana və laboratoriya olmayıb.
Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin sentyabr ayından məktəbdə yenidənqurma və təmir-bərpa işlərinə başlanılıb. Layihə çərcivəsində məktəbin sinif otaqlarının sayı artırılıb, həmçinin əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb.
Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Məktəb artıq yeni təhsil ilindən müəllim və şagirdlərin istifadəsinə verilib.

 

*****

Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələri paytaxtla yanaşı regionları da əhatə edir.

70-dən artıq yaşı olan Samux rayonu Alıuşağı kənd tam orta məktəbinin də yenilənməsinə əsas yaranmışdı. 1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən 2024-ci ildə 360 şagird yerlik yeni məktəbin inşasına başlanılmışdı.

3 mərtəbəli məktəb binası 4 korpusdan ibarətdir.

Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının inşası və artıq istifadəyə yarasız olan təhsil müəssisələrinin yenidən qurulması istiqamətində gördüyü işlər dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək olaraq gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almasına töhfə vermiş olur.

 


media-728x90banner

Bənzər xəbərlər