Mehriban Vəliyeva seçicilərin müraciətlərini həll etdi
Milli Məclisin deputatı Mehriban Vəliyeva 44 saylı Sumqayıt üçüncü seçki dairəsində vətəndaşlarla növbəti görüşü baş tutdu.
XALQ xəbər verir ki, millət vəkili noyabr ayı çərçivəsində keçirilən ilk qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşüb , onların müraciət və təkliflərini dinləyib, qarşılaşdıqları problemlərlə maraqlanıb.
Qəbula gələn sakinlər əsasən işlə təminat, sağlamlıq problemləri və məhkəmə icraatı ilə bağlı məsələləri gündəmə gətirdilər.
Bütün müraciətlər diqqətlə qeydə alındı və müvafiq dövlət qurumlarına yönləndirilməsi üçün nəzarətə götürüldü.













