Meksikanı səfiri Viktoriya Romero Qubada
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Quba rayonuna səfər edib.
4 iyul 2025-ci il tarixdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri xanım Viktoriya Romero Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüş keçirilmiş, görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfirliyin üçüncü katibi Aristeo Gonzalez Guerrero, səfir köməkçisi Ülkər Rüstəmli, Səfirliyin tərcüməçisi Günel Hacıyeva iştirak etmişdir.
Sonra qonaqlar Quba Tarix-Diyarşünaslıq Muzeyində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyi tərəfindən təşkil edilmiş sərgi ilə, Quba şəhərində “Azərxalça” ASC-nin Quba filialı ilə, Qırmızı Qəsəbə qəsəbəsində Dağ Yəhudiləri Muzeyi və sinaqoqlarla, Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə və Zərdabi qəsəbəsində yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə tanış olmuşlar.
Qonaqlar ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən, ölkələrimiz arasında müxtəlif sahələrdəki ikitərəfli əməkdaşlıqdan öz məmnunluqlarını bildirmişlər.