Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsi davam edir.

XALQ.AZ -ın məlumatına görə, İdarədən bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 6 aprel saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.

Müsabiqə üzrə ümumi məlumat və qeydiyyat:

 

Vəzifə

Müsabiqə üzrə məlumat

Qeydiyyat

Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı

Müsabiqə elanı

Qeydiyyat linki

Ümumi təhsil müəssisələrində laborant

Müsabiqə elanı

Qeydiyyat linki

Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri

Müsabiqə elanı

Qeydiyyat linki

Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri

Müsabiqə elanı

Qeydiyyat linki


media-728x90banner

Bənzər xəbərlər