Məktəblilərin payız tətili nə vaxt olacaq?
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində noyabrın 17-dən beşgünlük payız tətili başlayacaq.
Bu barədə XALQ-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Verilən məlumata görə, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.
22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər noyabrın 24-dən başlayacaq.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.










