media-gunel

Daha bir həkimin əməliyyat zamanı çəkdiyi videogörüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü əks olunub.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda həkimin əməliyyat zamanı davranışı birmənalı qarşılanmayıb.

Prosesin qeyri-steril mühitdə aparıldığını bildirənlər də olub.

Görüntülərin Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimi Günel Qəmbərovaya aid olduğu iddia edilir.

media-gun

Radioloq-mamoloq kimi tanınan Günel Qəmbərova “Xəzər Xəbər”ə açıqlamasında əməliyyat zamanı edilən çəklişin pasiyentin istəyi ilə gerçəkləşdirldiyini iddia etdi. O, artıq Tibb Universitretində işləmədiyini bildirdi.

Qəribə də olsa, Günel Qəmbərova yayılan videodan sonra ona müraciətlərin sayının artdığını iddia edib.

“Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var”,- deyən  Günel Qəmbərova Azərbaycandan ABŞ-yə gedən ilk radioloq olduğunu bildirib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtdakı özəl hospitallardan birində Günel Qəmbərovanın cərrahi əməliyyat zamanı canlı yayım açması və videoçəkiliş etməsi, hansı ixtisasa malik olması ilə bağlı məsələ Səhiyyə Nazirliyində xüsusi yaradılan işçi qrup tərəfindən mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılacaq: “Tibb müəssisələrində sanitariya-gigiyena və infeksiyadan qorunma qaydalarına əməl olunması qanunla müəyyən edilmiş tələblərdəndir. Əməliyyat zamanı çəkilişin aparılması yalnız elmi-tədris məqsədi ilə, cərrahiyyə otaqlarında gigiyenik normalara və texniki tələblərə uyğun şəkildə həyata keçirilə bilər. Əks halda, bu, infeksiya yayılması və sanitar qaydaların pozulması riski yaradır”.

O da bildirilib ki, qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm “Həkimlərin etik davranış qaydaları”na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər