Meloninin “foto”larını sosial şəbəklərdə kimlər yayır?
İtaliyada veb-saytlardan birində məşhur qadınların süni intellekt tərəfindən yaradılmış çılpaq şəkillərinin yayımlanması səbəbindən böyük qalmaqal baş verib.
XALQ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məşhurlar arasında İtaliyanın Baş naziri Corcia Meloni də var.
Veb-sayt İtaliyada seksist onlayn platformaların dalğasının bir hissəsinə çevrilib – prokurorluq artıq oxşar bir saytı bloklayıb. Araşdırma jurnalist Françeska Barranın şikayətindən sonra başlayıb – o da zərərçəkənlər siyahısında yer alıb. İndi onlarla jurnalist, aktyor və siyasətçi bu cür icmalar əleyhinə kollektiv iddia hazırlayır. Qeyd olunur ki, zərərçəkənlərin çoxu qınaq qorxusu və nüfuzun itirilməsi səbəbindən hələ də çıxış etməkdən qorxur.
Barra hakimiyyəti daha ətraflı fəaliyyət planı hazırlamağa çağırıb və bu cür cinayətlərin səbəb olduğu faciələri xatırladıb. Dələduzları zərərli kontentin yayılmasına görə həbs cəzası gözləyir.










