Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

XALQ.AZ xəbər verir ki,  görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə Parisdə baş tutacaq.
Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər