Mənə sifariş göndərməyin! -Rəşad Aslanov Qusarımız üçün çalışacağam dedi... Fotolar-Video
61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 16-də Qusar rayonu Girik ,Ləcət, Yuxarı Zeyxur kəndlərinin və Samur qəsəsəbinin sakinləri görüş keçirib.
Ehtiyatda olan polkovnik Rəşad Aslanov seçki platformasını görüş iştirakçılarının diqqətinə çatdırdı və deputat seçiləcəyi təqdirdə hər zaman onlarla bərabər olacağını qeyd etdi. O bildirib ki, PRezident İlham Əliyevin düşünlümüş siyasəti sayəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi, hərbi gücünün yüksəlməsi, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, milli və regional təhlükəsizliyin təmin olunması sahəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb. Bu reallılqarı yaradan ölkə başçısımızın yanında hər birimiz sıx birləşməliyik, seçkilərdə fəal iştirak etməliyik. Mən sizin qayğılarınızdan xəbərdaram, hər birinizin problemləri zamanla həll olunması üçün biz birlikdə çalışmalıyıq. Doğma Qusarımız üçün, əlimdən gələni əsirgəməyəcəyəm deyə deputatlığa namizəd qeyd edib. Mənə sifarişlər göndərirlər, namizədliyimi geri çəkim….. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər qazanıb Qusara qayıtdıqdan sonra məni qarşılayanlar bilirlər ki, mənim şərəfimə təriflər yağdıranlar indi isə əlehyimə danışırlar. Bu çirkin oyunu yığışdırın sağlam rəqabət aparın deyə Rəşad Aslanov bidirib. O qeyd edib ki, mənim haqqımda əsası olmayan fikirlər səsləndirirlər.Onlar bilsinlər ki,mən bu elin, doğma Qusarımız üçün çalışıram və çalışmaqda davam edəcəyəm. mənim amalım Dövlətə-sədaqətlə, Vətənə şərəflə xidmət etməkdir.
Görüş zamanı çıxış edən kənd ağsaqqaları bildiriblər ki, Rəşad Aslanovu dəstəkləyirlər və 1 sentyabrda keçiriləcək seçkilərdə ona səs verəcəklər. Milli Məclisdə onları təmsil etmək üçün hamılıqla seçkilərdə fəal iştikak edəcəklərini qeyd ediblər.
Qərargahdan biliriblər ki, seçicilərlə görüşlər davam edir.
Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.