Bakıdakı Mərcan Klinikasında rinoplastika əməliyyatı keçirən bir şəxsin beyin ölümü baş verib və həmin şəxs həyatını itirib.

XALQ.AZ xəbər verir ki, hadisə barədə jurnalist Qənirə Ataşova öz sosial media hesabında məlumat paylaşıb.

Hadisə ilə bağlı əlavə məlumat əldə edildikcə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Məlumat üçün bildirir ki, Mərcan klinikasının Baş həkimi Anestezioloq- Reanimatoloq Dr. Araz Ağayevdir

Mərcan klinikasında məsələ ilə bağlı heç bir açıqlama verilmədi.

Qeyd edək ki, bir necə müddət öncə  Mərcan klinikasında bloger olan  23 yaşlı Nərmin plastik əməliyyat etdirdikdən sonra vəfat etmişdi.

*****

“Mərcan” klinikasında  Rinoplastika əməliyyatından sonra pasient komaya düşüb.

XALQ.AZ xəbər verir ki, 30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.
 

“Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”, – zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb:

Məsələ ilə bağlı əməliyyatın həyata keçirildiyi “Mərcan Klinika”sı ilə əlaqə saxladıq. Klinikanın baş həkimi Araz Ağayev Bakupost.az-a açıqlamasında bildirdi ki, hadisə ilə bağlı heç nə deyə bilməz.

“Sənan doktorun özünün nömrəsi var. Onu yığın. Klinikanın mövqeyi ilə bağlı hazırda heç bir şey yoxdur. Belə də yazın yazın”, – deyə Araz Ağayev əsəbi halda bildirdi.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Mətin Məcidli isə məsələ ilə bağlı Bakupost.az -ın sorğusuna cavab olaraq bunları bildirdi:
“Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.”

 


media-728x90banner

Bənzər xəbərlər