Mərdəkanda dənizdə batan 2 nəfərdən biri xilas edilib, digərinin axtarışı aparılır
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralıda, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.
Xalq xəbər verir ki, bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş – 2009-cu il təvəllüdlü Rahil Tarıyel oğlu Ağazadə xilas edilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir.









