featured-image-15347

 

41

 

Əhaliyə verilən istehlak və avtomobil kreditləri dayandırıldı, banklar nə edəcəyini bilmir, insanların etirazı isə uzaqda deyi.

2014-cü ilin əvvəlindən  etibarən əhaliyə verilən istehlak və atomobil kreditləri dayandırılıb.
Məlumatda deyilir ki, Milli Bankın göstərişinə əsasən bundan sonra vətəndaşlara veriləcək sözügedən kreditlərin şərtləri dəyişdirilməklə yanaşı, həm də ağırlaşdırılıb. Bank rəhbərləri isə yalnız sahibkarlıq kreditləri ilə nizamnamə kapitallarını artıra bilməyəcəklərinin həyacanını yaşayırlar. Qeyd edilir ki, Milli Bankın bu addımı nəticə etibarı ilə ölkədə onsuz da gərgin olan sosial vəziyyəti daha da ağırlaşdıracaq. İnsanların ehtiyaclarını qarşılamaq üçün üz tutduqları banklardan istədiklərini ala bilməyən və bununla da lap çıxılmaz vəziyyətə düşən vətəndaşların etirazları isə uzaqda deyil. Bank mütəxəssislərinin proqnozlarına görə, bu narazılıq ən geci mart ayında özünü göstərəcək və kütləvi etirazlara çevriləcək. Bu isə hökumət üçün ciddi başağrısı deməkdir.

Bildirək ki, Milli Bank bu addımı ilə həqiqətən də ölkəni çətin bir dönəmə sürükləyir. Son illər vətəndaşlar öz təlabatlarını qarşılamaq üçün banklardan kredit götürməklə vəziyyətdən çıxa bilirdilər. Bundan sonra həmin istəkləri reallaşmadıqda isə müxtəlif vasitələrə baş vurmalı olacaqlar. Həmin müxtəlif vasitələrin limit imkanlarının məhdud olduğunu nəzərə alsaq, o zaman proseslərin kütləvi etirazlara çevriləcəyi şübhəsizdir. Belə olan təqdirdə, Milli Bankın qərarı mahiyyət etibarı ilə hökuməti də ağır vəziyyətə salacaq ki, bu da Elman Rüstəmova baha başa gələ bilər.


media-728x90banner

Bənzər xəbərlər