media-cac

Məşhur ukraynalı jurnalist və bloqer Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı paylaşım edib.

Qordon IV Şuşa Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevlə çay süfrəsi arxasında çəkilmiş fotosunu sosial şəbəkə hesabında yayımlayıb.

O, paylaşımında Prezident İlham Əliyevlə söhbətini yüksək qiymətləndirib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə möhtəşəm söhbət. Azərbaycan xalqı adına səmimi şəkildə sevinirəm – onların lider sarıdan həqiqətən bəxti gətirib”, – deyə Dmitri Qordon qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər