media-76

74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov seçiciləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Bu ay 25 yanvarda baş tutan 2-ci qəbul-görüşümüz YAP Masallı rayon inzibati binasında baş tutub.
Seçici məmnuniyyəti, onları maraqlandıran məsələlərin daha operativ həll edilməsi üçün qəbulda YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı RİH başçısının şəhid ailələri və qazilər ilə iş şöbəsinin müdiri Qəşəm Hadıyev və köməkçilərim iştirak edirdi.

2-ci görüşdə qəbula 25 seçici gəlmişdi”- yazan millət vəkili Məşhur Məmmədovun sözlərinə görə qəbula gələnlərdən 1 nəfəri şəhid ailəsi, 3 nəfər Vətən Müharibəsi qazisi və müharibə iştirakçısı olub.

Hər bir seçicini fərdi dinlədiklərini, bəzilərinin istəyinin yerindəcə həllini tapdığını, digər məsələlərin həlli ilə bağlı səlahiyyətli qurumlarla əlaqələndirmək üçün köməkçilərinə müvafiq tapşırıqlar verdiyini yazan deputat qeyd edib ki, ay ərzində qəbullardan əlavə, köməkçilərim müraciət edən seçiciləri dinləyir, səlahiyyətlərimiz çərçivəsində onları narahat edən məsələlərin həllinə çalışırlar.

media-55

media-56media-57media-58media-59media-60media-61media-62media-63media-64media-65media-66media-67media-69media-70media-71media-72media-73media-74media-75media-76media-77

 


media-728x90banner

Bənzər xəbərlər