Məşhur Məmmədov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüşdü
XALQ.AZ xəbər verir ki, millət vəkili Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirib.
Qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid ailəsi, iki nəfəri isə Vətən müharibəsi iştirakçısı idi.Qəbula gələnlərin istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak ediblər.
Seçicilərin müyyən müraciətləri yerində həll olunub, digər məsələlər səlahiyyətlərimiz çərçivəsində aidiyyəti üzrə yönləndirildi.





















