Məşhur Məmmədov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Məşhur Məmmədov seçicilərlə görüşüb.
XALQ.AZ xəbər verir ki, cənub zonasında İlaxır çərşənbə xüsusi təntənə ilə qeyd edilir. Sevindirici haldır ki, seçicilərini təmsil etdiyim Masallı rayonu illərdən gələn Novruz adət-ənənəsinə sadiqdir, uzaqda olanlar imkan daxilində evlərinə qayıtmağa çalışır, bütün evlər bol nemətli bayram süfrəsi hazırlamağa çalışır ki, illəri ruzili gəlsin.
İlaxır çərşənbəyə saylı günlər qalmış 21 seçicinin iştirakı ilə qəbul-görüş keçirdik deyə millət vəkili bildirib.
Qəbula gələnlərdən biri şəhid anası idi. Qəbul-görüş YAP Masallı rayon inzibati binasında keçirildi. Qəbul-görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərim də iştirak edirdi.
İstəklərin çoxu bayram əhvallı idi. Bu, sevindirici haldır. Vətəndaşlar arasında maariflənmə genişlənib. Artıq bilirlər ki, müəyyən problemlər üçün aidiyyəti qurumlara müraciət etmək, tələb edilən prosedur qaydalara əməl etmək, lazım olan sənədləri toplamaq lazımdır.
Demək olar ki, bayram ərəfəsi hər kəsi razı salmağa çalışdıq. Səlahiyyətimizdən kənar məsələlərin həlli üçün müvafiq tapşırıqlar verdik, köməkçilərim işlərin növbəti gedişini diqqətdə saxlayacaqlar deyə millət vəkili Məşhur Məmmədov qeyd edib.
Seçicilərlə görüşlər davam edir.

























