media-met

Əməkdar artist İlkin Əhmədov açıqlaması ilə diqqət çəkib.

Xanəndə həmkarı Mətanət Əsədovanın həyatını necə xilas etməsindən danışıb. Müğənni həmin hadisəni belə xatırlayıb:

“Səhəri gün bir məclisdə olmalıydıq. Yolum evinin yanından düşdü. Zəng etdim telefonu başqa adam götürdü. Mətanətin harada olduğunu soruşdum. Dedi ki, “vəziyyəti çox pisdir, burnundan qan açılıb, Mətanəti qan aparır..”Evə qalxdım gördüm ki, qanın içindədir, dayanmır. Onun kapilyarı partlamışdı. Xilas olmağına kömək etmişəm. Hər birimizin can borcu isə Allahadır.

Həkimə dedi ki, “bir az da geciksəydiniz, qan köçürmə belə kömək etməyəcəkdi”


media-728x90banner

Bənzər xəbərlər